...İrəvanın inzibati məhkəməsi homoseksuallıqda şübhəli bilindiyi üçün vətənində işgəncələrə məruz qalan Çeçenistan əsilli Salman Mukaevi Rusiyaya ekstradisiya etməkdən imtina edib.
SİA-nın əldə etdiyi məlumata görə, ona vətənində repressiyaya məruz qalan şəxs kimi sığınacaq və qaçqın statusu verilib.
Bu barədə çərşənbə axşamı SK SOS böhran qrupu məlumat verib.
İrəvan məhkəməsi Çeçenistanda və ümumilikdə Rusiyada LGBTQ+ icmasının nümayəndələrinin təqib, repressiya və qəddar rəftara məruz qala biləcəklərini tanıyıb.
Xüsusilə, qərarda LGBTQ+-nın ekstremist hərəkat kimi tanındığı yeni rus normalarından bəhs edilir.
Xatırladaq ki, Salman Mukaev 2020-ci ilin fevralında Çeçenistanda saxlanılıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, polis əməkdaşları onu döyüb, əl-ayaqlarını bağlayıb, boğub, balaca barmaqlarına açıq naqillər taxaraq elektrik cərəyanı ilə işgəncə veriblər.
İşgəncə altında dostu ilə cinsi əlaqədə olduğunu etiraf etməyə məcbur olub və yalnız “əməkdaşlıq” müqabilində sərbəst buraxılıb.
Salmanın dediyinə görə, o, internetdə kişilərlə tanış olmalı və onları polisə təhvil verməli imiş.
Current Time telekanalı qeyd edir.
…Mukaev azadlığa çıxandan sonra Ermənistana gedib. Sonradan məlum olub ki, o, Rusiyada qanunsuz olaraq silah-sursat əldə etmək, ötürmək və ya saxlamaq ittihamı ilə cinayət işi üzrə axtarışa verilib. Ermənistandan Mukayev ona sığınacaq verməyə hazır olan Avropa ölkəsinə uçmaq istəyib. Amma pasport nəzarətində saxlayıb ona deyiblər ki, Rusiyada axtarışda olduğu üçün sərhədi keçə bilməz.
Bundan sonra o, Ermənistandan sığınacaq istəyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB