Rusiya prezidentliyinə iki namizəd seçkilərdə iştirakdan imtina edib
...Əvvəllər Rusiya prezidentliyinə namizəd olmuş iki rusiyalı çərşənbə axşamı kampaniyanı tərk etdiklərini və hazırkı prezident Vladimir Putini dəstəkləməyə çağırdıqlarını açıqlayıblar.
Rusiya Ümumxalq Birliyi Partiyasının lideri Sergey Baburin dəstək üçün toplanmış imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən dərhal sonra namizədliyini geri götürdüyünü açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Baburin niyə imza topladığını izah etməyib. O, seçiciləri “Putinin namizədliyi ətrafında birləşməyə” çağırıb.
Xatırladaq ki, millətçi Baburin 2018-ci ildə də seçkilərdə iştirak edib və o vaxt sonuncu yeri tutmuşdu. “
Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov iddia edir ki, bu dəfə ona “yumşaq şəkildə prezidentdən faiz belə almamağı məsləhət görüblər”.
İrina Sviridovanın daha əvvəl prezidentliyə namizədliyini irəli sürən Demokrat Partiyası onun tələb olunan 100 min imzanı toplaya bilmədiyini və bununla da kampaniyanı tərk etdiyini bildirib. O, həmçinin Putini dəstəkləməyə çağırıb.
Bununla da doqquz namizəd qalır. Onlardan dördü, o cümlədən beşinci müddətə prezidentliyə namizədliyini irəli sürən Putin artıq qeydiyyatdan keçib, digəri Sergey Malinkoviç isə sənədlərini MSK-ya təqdim edib. Müharibəyə son qoymağı müdafiə edən Boris Nadejdin də daxil olmaqla daha dörd namizəd yanvarın 31-i axşama qədər Mərkəzi Seçki Komissiyasına dəstək üçün imzalar təqdim etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB