Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.
"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - deyə o bildirib.
M.Qindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB