ABŞ Müdafiə Nazirliyi Zalujnının istefası ilə bağlı şayiələrdən danışıb

ABŞ Müdafiə Nazirliyi Zalujnının istefası ilə bağlı şayiələrdən danışıb

ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefaya getməsi ilə bağlı mətbuatda yayılan məlumatı şərh etməkdən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Amerika departamenti sorğunun Kiyevə yönləndirilməsini təklif edib.

...Mən sizə bu məsələ ilə bağlı şərh almaq üçün Ukrayna hökuməti ilə əlaqə saxlamağı təklif edirəm.

Bunu Pentaqonun sözçüsü bildirib.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Zalujnının istefası ilə bağlı şayiələr fonunda bir mesaj yayımlamışdı.

...Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: yox, bu doğru deyil, - mesajda deyilir.

Eyni zamanda, nazirliyin konkret nəyi təkzib etdiyi göstərilmir.

Qeyd edək ki, daha əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko Zalujnıya artıq qərar barədə məlumat verildiyini, lakin hələlik heç bir fərmanın olmadığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə