"Avropa İttifaqı Rusiyanın “müharibə maşınını zəiflətdi..?"

"Avropa İttifaqı Rusiyanın “müharibə maşınını zəiflətdi..?"

...Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Ukrayna münaqişəsinin tez bir zamanda sona çatması üçün heç bir imkan görmədiyini bildirib. Avropa diplomatiyasının rəhbəri bu barədə Avropa İttifaqı-Mərkəzi Asiya investisiya forumunda çıxışı zamanı danışıb.

Borrelin sözlərinə görə, indi münaqişədə “tunelin sonunda işıq yoxdur”.

Diplomat hesab edir ki, döyüşlər davam edir, onun intensivliyi artır.

Borrelin sözlərinə görə, Avropa İttifaqı sanksiyalar və xarici siyasət təzyiqi ilə Rusiya Federasiyasının hərbi maşınını xeyli zəiflədib, lakin bu kifayət deyil.

Avropa İttifaqının baş diplomatı həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsi Brüsselə diqqətini Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstana yönəltməyə imkan verib.

Eyni zamanda, Borrell qeyd edib ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq Moskvaya qarşı sanksiyalar rejiminin gücləndirilməsinə töhfə verir. Bu da öz növbəsində sülhü yaxınlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa diplomatiyasının rəhbəri buna əminlik bildirib.

Bundan əlavə, Brüssel postsovet məkanı ölkələri ilə Rusiya arasında ticarət-iqtisadi və maliyyə münasibətlərini diqqətlə izləyir. Borrel vurğulayıb ki, sanksiyalardan yayınmaq üçün istənilən sxemlər məhdud olacaq.

Avropa İttifaqı -Mərkəzi Asiya Forumu Avropa İttifaqı ölkələri ilə yanaşı, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qazaxıstanı birləşdirir. Brüssel icmanın regionda xarici siyasət təsirini gücləndirmək üçün Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələri gücləndirməyə ümid edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə