Barnaulda daha əvvəl Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmiş yerli sakin qətldə şübhəli bilinərək saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxsin adı açıqlanmır, lakin onun qurbanını boynuna bıçaqla vurduğu, ölən şəxsin isə Tyoma Altayski təxəllüsü ilə çıxış edən 34 yaşlı Barnaul musiqiçisi Artyom Başkeyev olduğu məlum olub.
Qeyd edək ki, Başkeyevin həyat yoldaşı və uşaqları qalıb.
...Ukraynadakı müharibədən qayıdanların törətdiyi ağır cinayətlər, o cümlədən qətllər və zorlamalar barədə mətbuatda mütəmadi məlumatlar verilir.
Artıq yüzlərlə belə hal məlumdur.
Deyilənlərə görə, onların yaratdığı rezonans Kremli nəzarətdə olan jurnalistlərə bu cür cinayətlər barədə danışmamağı tövsiyə etməyə məcbur edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB