Ukraynadakı müharibə ilə bağlı mübahisə zəminində tanışını öldürməkdə təqsirli bilinən Belqorod sakini Andrey Mixaelis özü xüsusi hərbi əməliyyat adlandırılan əməliyyatda iştirak etdikdən sonra cəzadan azad edilib.
SİA-nın əldə etdiyi məlumata görə, 2022-ci ilin oktyabrında Belqorod Rayon Məhkəməsi Mixaelisi maksimum rejimli koloniyada on il yarım müddətinə azadlıqdan məhrum etmişdi.
Cinayət işinin materiallarına görə, həmin ilin aprelində o, tanışı ilə “samaqon” içirmiş, aralarında "Ukraynada davam edən xüsusi əməliyyatla bağlı müxtəlif fikirlərə görə" münaqişə yaranıb və bu zaman Mixaelis içki içən yoldaşını metal çubuqla ölənə qədər döyüb.
İş materiallarında o da deyilir ki, mərhum qan içində Rusiya bayrağı olan divanda çılpaq vəziyyətdə tapılıb və təqsirləndirilən qatil baş verən hər şeyi videoya çəkib.
Qeyd olunur ki, bundan əvvəl Mixaelis artıq bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib: 2014-cü ildə sağlamlığa zərər vurma maddəsi ilə, 2017-ci ildə narkotika ilə bağlı, 2018-ci ildə isə inzibati nəzarətdən yayındığına görə məhkum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB