İnqilab Mühafizləri Ordusu Dəniz Donanmasının ikinci region komandiri Heydər Hüneriyan Mücerred məsələ ilə bağlı açıqlama verərək deyib ...
İran İnqilab Mühafizləri Korpusu Fars (Bəsrə) körfəzində 2 milyon litr qaçaqmal yanacaq daşıdığı iddia edilən xarici bayraqlı tankeri ələ keçirib və orada olan 14 nəfəri saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Tesnim” xəbər agentliyi xəbər verir ki, İnqilab Mühafizləri Ordusu Dəniz Donanmasının ikinci region komandiri Heydər Hüneriyan Mücerred məsələ ilə bağlı açıqlama verərək deyib: “Buşəhr yaxınlığında okean ölkələrindən birinin bayrağı altında üzən tankerdə 2 milyon litr qaçaqmalçılıq yolu ilə yanacaq aşkar edildi. Sözügedən gəmi məhkəmə qərarı ilə ələ keçirildi. İkisi Asiya ölkələrindən olmaqla 14 ekipaj üzvü saxlanılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB