Rusiya Qvardiyasının əməkdaşlarının və hərbçilərinin sayı 370 min nəfərdir, lakin bu, “Novorossiya”nın ilhaqı ilə əlaqədar artacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov məlumat verib.
..Bütün strukturlar 370 mindir, amma biz yeni ərazilərin artıq Rusiya Federasiyasının tərkibinə daxil olması səbəbindən onu daha da artıracağıq.
Bunu “Soloviev Live” TV kanalına danıçan Zolotov, qeyd edib ki, “Novorossiya”nın ölkəni müdafiə etmək üçün təhlükəsizlik strukturuna ehtiyacı var.
Rusların guya heç vaxt uşaq bağçalarına, məktəblərə və s. atəş açmadıqlarını deyən rusiyalı rəsmi, öz “canavar”ları ilə qarşı tərəfə qarşı mübarizə aparacaqlarını bildirib.
Onun dediyinə görə, bu gün “...bizə ölkəmizi müdafiə edəcək təhlükəsizlik qüvvələri lazımdır”.
Hazırda informasiya və psixoloji müharibə getdiyini deyən Zolotovun sözlərinə görə, hazırda Qərb ölkələri “bütün itləri zəncirdən azad ediblər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB