Ukrayna pilotsuz təyyarələri Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa dəniz limanını bombaladıqdan sonra Qərb Baltik və Qara dənizləri Rusiya gəmiləri üçün bağlamağa başlayır.
İndi Ukraynanın pilotsuz təyyarə və raketləri Baltik dənizində Rusiya neft tankerlərini vura bilər, necə ki, husilərin raket və pilotsuz təyyarələri Qırmızı dənizdə Qərb gəmilərini hədəfə alır.
SİA-nın əldə etdiyi məlumata görə, bu ukraynalı politoloq Biktor Nebejenkonun fikirləridir.
Onun dediyinə görə, Moskvanın müttəfiqi Ermənistan Azərbaycan qoşunları tərəfindən məğlub edildikdən sonra növbəti addım NATO qoşunlarının Xəzər dənizi sahillərinə daxil olmasıdır ki, bu da Rusiyanı İranla birləşdirən dəniz nəqliyyat dəhlizinə strateji təhlükə yaradacaq.
Beləliklə, Qərb sanksiyalar siyasəti çərçivəsində Putinin Rusiyasının təkcə hava məkanını deyil, həm də dəniz məkanını bloklayır.
Rusiya şimalda Barents, şərqdə Oxot dənizində azad və təhlükəsiz olaraq qalır. Buna baxmayaraq, bütün digər yollar çox risklidir.
Qeyd edək ki, bu, Rusiya neftinin satışı üçün böyük, eləcə də yeni çətinliklər yaradır.
Ukraynalıya görə, Kiyev üçün isə 2024-cü ilin əvvəlində Sankt-Peterburq ərazisində əlçatan hədəflərə çatmaq Rusiyanın strateji arxa hissəsinin azaldılmasından və Moskvaya qədər Rusiyanın bütün Avropa hissəsində hərbi əməliyyatlar zonasının artmasından xəbər verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB