Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisi və siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland Türkiyə-ABŞ Strateji Mexanizmi tədbiri üçün Türkiyəyə gəlir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
V.Nuland Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində 28-29 yanvar tarixlərində xarici işlər nazirinin müavini Burak Akçaparın qonağı olaraq Türkiyəyə səfər edir.
Türkiyə-ABŞ Strateji Mexanizm görüşü zamanı keçiriləcək hərtərəfli məsləhətləşmələrdə regional və beynəlxalq məsələlər müzakirə olunacaq, Türkiyə-ABŞ münasibətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB