Türkiyənin Adana şəhərində süngər istehsal edən zavodun anbarında yanğın çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğınsöndürənlər yanğını ətrafdakı evlərə yayılmadan söndürüblər.
Polis araşdırma apararkən yanğını zavod sahibi Xəlil B.nın(34) qardaşı Yəhya B.nın(30) çıxardığını təsbit edib. Saxlanılan Yəhya B. anbarı yandırdığını etiraf edib.
O deyib: "Qardaşımdan pul istədim, vermədi. Ona əsəbi idim və anbarı yandırdım". Oğurluq, narkotik istifadəsi, qəsdən adam yaralama cinayətindən 19 qeydi olan Yəhya B. məhkəmədən sonra həbs edilib.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB