Qana prezidenti Akufo-Addo: "Afrika yoxsul olmayacaq qədər zəngindir"

Qana prezidenti Akufo-Addo: "Afrika yoxsul olmayacaq qədər zəngindir"

Akufo-Addo Qananın Peduase şəhərində təşkil olunan "Afrika Rifah Dialoqları" başlıqlı proqramın açılışında etdiyi çıxışında qitənin 60 illik birləşmiş Afrika xəyalını gerçəkləşdirməyə hazır olduğundan heç bu qədər əmin olmadığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Akufo-Addo Afrikanın əlindəki bütün qaynaqlarla gələcəkdə özünü güc mərkəzinə çevirmək üçün ehtiyacı olan hər şeyə sahib olduğunu bildirib. O, çıxışında deyib: "Afrika yoxsul olmayacaq qədər zəngindir".

Akufo-Addo deyib ki, Afrika neft, qaz, minerallar daxil olmaqla ağla gələ biləcək hər cür təbii sərvətə sahib qitədir.

O deyib: "Qitə 2030-a qədər dünyadakı 9 milyard insana çatacaq qədər əkilməyə yararlı ərazilərin yüzdə 65%-nə sahibdir". O, hamını həm kollektiv, həm də tək şəkildə daha güclü Afrika inşa etmək xəyalına töhfə verməyə çağırıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə