Texas səlahiyyətliləri Baydeni yoldan çəkilməyə çağırır...

Texas səlahiyyətliləri Baydeni  yoldan çəkilməyə çağırır...

Görünür ki, Texas səlahiyyətliləri hərəkətlərində iddialıdırlar.

Belə ki, Texas ştatının leytenant qubernatoru Den Patrik ABŞ prezidenti Cozef Baydenə Texasda təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya qarşı xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fox News” telekanalı bildirib.

...Bayden administrasiyasının edə biləcəyi ən böyük səhv sərhədimizdə hüquq-mühafizə orqanları, hərbçilərimiz və milli qvardiyamızla qarşılaşmaqdır.

Qeyd edək ki, bu qubernator Den Patrikin xəbərdarlığıdır..?

Maraqlıdır ki, o, Baydenə onun yoldan çəkilməyə və ştatın hüquq-mühafizə orqanlarına öz işlərini görməsinə icazə verməyə çağırış edib.

Xatırladaq ki, Texas hakimiyyəti Ağ Evə deyil, yerli hakimiyyət orqanlarına tabe olan Milli Qvardiyanın köməyi ilə miqrantları öz ərazilərindən qovmağa başlayıb.

Xüsusilə, Texas mühafizəçiləri sərhəddə tikanlı məftillər çəkməyə başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə