...Müharibədə uduzmamaq üçün Ukraynaya 18 yaşından yuxarı kişi və qadınların total səfərbər edilməsi, eləcə də məhbusların da döyüşlərə cəlb edilməsi lazımdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri “Butusov Plus”a müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı Mixail Nikolov deyib.
Onun sözlərinə görə, indi sual Ukraynanın səfərbərlik planını yerinə yetirmək, yoxsa müharibədə qalib gəlmək istəməsidir.
Cəbhədəki vəziyyətə diqqət çəkən ukraynalı hərbçi, hazırda uduzmamaq üçün səfərbərlik planı yox, amansız üsullar lazım olduğunu bildirir.
O vurğulayıb ki, bu plan 18 və yuxarı yaşda olan bütün kişi və qadın əhalinin səfərbər edilməsi olmalıdır.
Nikolova görə, səfərbər olunanların hamısının təkcə cəbhə xəttində olması elə də məcburi deyil. Onlar elə arxada, bir növ müdafiə müəssisələrində, maddi-texniki təchizatda, loqistika sahəsində də xidmət edə bilərlər. .
Bu arada Rada səfərbərlik haqqında yeni qanunun nədən ibarət olduğunu izah edib. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernevin sözlərinə görə, yeni sənəd balanslaşdırılmış olacaq və səfərbər edilməli olanlar üçün motivasiya hissəsinə daha çox diqqət yetiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə