Qərb, Ukraynaya onu xilas etdiyi üçün minnətdar olmalıdır...

...Kiyevi silah dilənməyə məcbur etməməlidir
Qərb, Ukraynaya onu xilas etdiyi üçün minnətdar olmalıdır...

...Ukrayna artıq Avropanı Rusiya təhlükəsindən qoruyub və qoruyur. Məhz elə buna görə, Qərb ukraynalılara təşəkkür etməli və Kiyevi tərəfdaşlarından tədarük üçün yalvarmağa məcbur etmək əvəzinə, əksinə onları silahla dəstəkləməyə davam etməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri “The New York Times”ın səhifələrində beynəlxalq məsələlər üzrə köşə yazarı Tomas Fridman bildirib.

Köşə yazarının fikrincə, Rusiyanın işğalının səbəbi Kremlin Ukraynanın Qərb düşərgəsinə son keçidindən qorxmasıdır. Böyük bir slavyan ölkəsinin demokratik düşərgədə uğur qazanması məhz Putinin “mənzil slavyan avtokratiyasını” həmişəkindən daha çox təcrid və legitimsiz hala gətirəcək.

Fridman qeyd edib ki, ukraynalılar müharibənin ağır yükünü daşıyırlar və bunu davam etdirməyə hazırdırlar və Qərbdən tələb etdikləri tək şey müasir silahlar, eləcə də maliyyə yardımıdır.

...Biz necə imtina edə bilərik? Bunu da Fridman sual edir.

...On milyardlarla dollara və bir dənə də olsun Amerika əsgərinin öldürülməməsinə görə, Ukrayna Putinin ordusunu dərin məğlubiyyətə uğratdı və Ruiyanı QərbŞ elə Kiyevin özü üçün də daha az təhlükəli etdi.

...Bu, NATO-nun indiyə qədər aldığı ən gəlirli təklifdir.

Bunu bildirən köşə yazarı qeyd edir ki, Ukraynanın səyləri ilə Rusiya özünün ilkin hərbi resurslarında ən böyük payı itirib və buna görə də hazırda Avropa ölkələri üçün təhlükə yaratmır.

“Təşəkkür edirəm, Kiyev”!

...Köşə yazarı həmçinin bu il Davosda NATO liderləri ilə səhər yeməyində Qərbin ukraynalıları daha çox silah tədarükü üçün yalvarmağa məcbur etmək əvəzinə onlara təşəkkür etməli olduğunu qeyd edən Kanada baş nazirinin müavini Kristia Frilandın sözlərindən sitat gətirir.

Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şolz Kiyev və Moskva arasında hazırkı mərhələdə danışıqların heç bir mənası olmadığı qənaətində olduğunu bildirib.

O xatırladıb ki, məhz Rusiya danışıqlar prosesini 2022-ci ildə bitirmək qərarına gəlib və Ukraynanı məhv etmək üçün genişmiqyaslı təcavüzə əl atıb. Şolz Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə