Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq”, – Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə