Deputat avtomobili “prava"sız idarə etdiyinə görə həbs edilib

Deputat avtomobili “prava"sız idarə etdiyinə görə həbs edilib

Çelyabinskdə Lenin rayon Sovetinin deputatı Gülnarə Xannanova avtomobili vəsiqəsiz idarə etdiyinə görə həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ura.Ru yayıb.

Cümə günü, yanvarın 19-da yol polisi müfəttişləri Xannanovanın idarə etdiyi avtomobili saxlayıblar.

Polis tərəfindən saxlanıldıqdan sonra o, sənədləri göstərmək tələbinə məhəl qoymayaraq avtomobilin pəncərələrini bağlayıb.

Yoxlama zamanı məlum olub ki, Xannanova ötən ilin avqust ayında sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum edilib. Məhkəmə qanun pozucunu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edib və deputatı 12 sutka müddətinə inzibati həbsə göndərib.

Qeyd edək ki, bundan əvvəl Buryatiyanın təhsil nazirinin müavininin sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 10 sutka həbs edildiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə