Ukrayna Rusiya kosmik mərkəzinə hücum edib...

Ruslar peyk məlumatlarından təcrid olunublar..?
Ukrayna Rusiya kosmik mərkəzinə hücum edib...

...BO komandasının kiberkönüllüləri Rusiyada Uzaq Şərq kosmik hidrometeorologiya tədqiqat mərkəzi “Planet”ə haker hücumu həyata keçirərək, məlumat bazasını məhv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, yanvarın 24-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyatçıların dediyinə görə, hücum üç mərkəzdən ən böyüyü olan Uzaq Şərq şöbəsinə edilib.

...Bu, peyklərdən məlumatları qəbul və emal edən 50-dən çox dövlət qurumunu müvafiq məhsullarla təmin edən Rusiya federal səviyyəli bir müəssisədir.

İlk növbədə, bu, Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Baş Qərargah və Fövqəladə Hallar Nazirliyidir.

...Nəticələr dağıdıcıdır. Mərkəzin məlumat bazasına daxil olmaq ümumi şəbəkəyə daxil olan 280 serveri məhv etməyə imkan verib. Məhv edilmiş məlumatların həcmi təxminən 2 petabayt (200 milyon giqabayt) məlumatdır.

Bunu Baş Kəşfiyyat İdarəsi bildirib.

Kəşfiyyat rəsmiləri deyirlər ki, Rusiya üçün itkilər ən azı 10 milyon dollar ola bilər. Məhv edilənlər arasında Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Roskosmos eləcə də Rusiyanın digər idarələri tərəfindən “daimi əsasda” istifadə olunan meteoroloji və peyk məlumatları, habelə illər ərzində hazırlanmış unikal tədqiqatlar var.

Bunu da Baş Kəşfiyyat İdarəsi bildirib.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Uzaq Şərq mərkəzinin təchiz olunduğu superkompüterlərin işi iflic olub və tam bərpa oluna bilmir. Belə bir cihazın qiyməti proqram təminatı ilə birlikdə 350 min dollardır. Kəşfiyyatçıların sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə, belə proqram təminatının yenidən əldə edilməsi demək olar ki, mümkün deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə