Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Çinin Aksu mahalından 144 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə