Almaniya 6 günlük dəmiryol tətilinə hazırlaşır

Almaniya 6 günlük dəmiryol tətilinə hazırlaşır

Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan başlayaraq yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli qatar şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə