...Ermənistan Televiziya və Radio Komissiyası Rusiyanın “Sputnik Ermənistan” radiosunun təkrar yayımını həyata keçirən “Tospa” şirkətinə qoyulan yayım qadağasını ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, artıq yanvarın 25-dən onun yayımının bərpası planlaşdırılır.
Xatırladaq ki, dekabrda həmin komissiya retranslyatoru 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyərək yayım lisenziyasını 30 gün müddətinə dayandırmışdı.
...Bu qərara səbəb Rusiya televiziya və radio aparıcısı Tiqran Keosayanın müəllif proqramı olub. Komissiya hesab edib ki, o, noyabrın 17-də buraxılışda Ermənistan və onun vətəndaşları haqqında məsxərə və təhqiramiz ifadələrlə danışıb, qanunla qadağan olunmuş hərəkətlərə çağırıb və həmçinin baş nazir Nikol Paşinyanın sağ qalıb-qalmayacağı sualını verib.
Ermənilərin dediyinə görə, bununla o, guya erməni xalqını zorakılığa çağırıb.
Yeri gəlmişkən, Rusiyanın dövlət xəbər agentliyi olan “Sputnik” xarici auditoriya üçün 30-dan çox dildə məlumat hazırlayır.
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir çox Qərb ölkələrində “Sputnik”in sayt və radio stansiyaları bloklanıb.
Təbii ki, yalan təbliğat apardığına görə...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB