Yanvarın 23-də Ukrayna hərbçiləri Xerson vilayətinin Krınki şəhərində rus işğalçılarının tərəfində vuruşan Belarus vətəndaşını məhv ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko Telegram səhifəsində yazıb.
...Qeyd edildiyi kimi, Ukrayna hərbçiləri Krinkidə 1976-cı il təvəllüdlü Denis Aleksandroviç Lazarev adlı hərbi biletli işğalçını məhv ediblər.
...Ukraynalı jurnalist öldürülən belarusun yeni yaradılmış 104-cü hava hücumu diviziyasının 328-ci alayının tərkibində Krynkiyə hücum etdiyini bildirib.
Belaruslu hərbçiyə hərbi bilet Minsk vilayətinin Hərbi Komissarlığı tərəfindən 2022-ci ilin dekabrında, yəni genişmiqyaslı işğalın başlanmasından sonra verilib.
Sənədə əsasən, Lazarev 2003-2004-cü illərdə Belarusun paytaxtında yerləşən 61357 saylı hərbi hissədə xidmət edib. Mərhumun yanında yanvarın 9-da Sevastopoldan Ryazana, 11-də isə Ryazandan Ulyanovska kimi qatar bileti də olub.
...Qeyd edək ki, bir ay əvvəl Britaniya kəşfiyyatı bu bölmənin Krinkə hücum zamanı ciddi itkilər verdiyini bildirmişdi. x Tsaplienkonun yazdığın görə, bu Krink uğrunda döyüşlərdə iştirak edən belaruslu ilə bağlı ilk təsdiqlənmiş hadisədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB