Casusluq etmək üçün Rumıniyaya pilotsuz təyyarələr göndəriləcək...

Casusluq etmək üçün Rumıniyaya pilotsuz təyyarələr göndəriləcək...

Hollandiya Rusiyaya casusluq etmək üçün NATO-nun Rumıniyadakı şərq sərhədinə üç MQ-9 Reaper pilotsuz təyyarə göndərəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Parool” yayıb.

Nəşrin məlumatına görə, bu qərar Hollandiyada NATO-nun baş katibi Yens Stoltenberqin alyansın hazırda Rusiya Federasiyası tərəfindən dərhal təhlükə görmədiyi barədə bəyanatı fonunda verilib.

...Gələn ayın əvvəlindən Hollandiyanın üç super pilotsuz təyyarəsi NATO-nun şərq sərhədində rusları izləyəcək.

Mətndə belə deyilir.

Qeyd olunur ki, bu, Hərbi Hava Qüvvələrinin xaricdə pilotsuz təyyarələrdən istifadə etdiyi ilk hadisə olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə