Efiopiyada daşqınlar həyatı iflic edib

Efiopiyada daşqınlar həyatı iflic edib

Efiopiyanın şərqindəki Somali bölgəsində leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 67 mindən çox uşaq məktəbə gedə bilmir.
SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən verilən bəyanatda Efiopiyada baş verən daşqınların həyatı iflic etdiyi bildirilib.
Açıqlamada ölkənin Somali bölgəsində yağan aramsız yağışların səbəb olduğu daşqınlar səbəbindən 67 mindən çox uşağın məktəbə gedə bilmədiyi bildirilib.
Açıqlamada məktəbə gedə bilməyən uşaqların 42 faizinin qız olduğu, bölgədə 833 min insanın humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə