Rusiyanın NATO-ya hücumunun ssenarisi dərc edilib...

Rusiyanın NATO-ya hücumunun ssenarisi dərc edilib...

...Bu arada Britaniyanın gündəlik “Daily Mail” qəzeti ABŞ ordusunun keçmiş komandanı Ben Hodjes və bir neçə hərbi ekspertə istinadən Rusiyanın NATO-ya hücumunun ehtimal olunan ssenarisini dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, ehtimal ki, söhbət 2044-cü ildən gedir.

Beləliklə, ekspertlərin fikrincə, Rusiyanın 2044-cü ilə qədər atacağı mümkün addımlar müxtəlifdir.

Xüsusilə, ilk növbədə bunlar infrastruktur və peyklərin işində qlobal pozuntulara səbəb olacaq kiberhücumlar olacaq.

Bundan sonra Rusiya Federasiyası bütün Avropada mülki hədəflərə qarşı yüzlərlə uzaqmənzilli raketlərdən istifadə edə bilər.

Hava limanları, dəniz bazaları və logistika mərkəzləri hücuma məruz qala bilər.

...Və bundan sonra rusların yerüstü əməliyyatları başlayacaq. Belə ki, onlar ilk növbədə, Suvalki dəhlizini ələ keçirməyə cəhd edəcəklər, sonra isə Baltikyanı ölkələrə və ya Polşaya hücumlar olacaq.

...Bundan sonra isə Rusiya donanması Arktikaya və raketlərin köməyi ilə Şimali Atlantikaya nəzarət etməyə çalışacaq. Və sonra Moskva NATO-nun şərq üzvlərini müdafiə etməyə hazırlığını qiymətləndirmək üçün fasilə verə bilər.

...Yeri gəlmişkən, Suvalki dəhlizi qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya ilə həmsərhəd olan Litva və Polşa arasında sərhədin 100 kilometr enində hissəsidir. Hipotetik müharibə olacağı təqdirdə NATO müttəfiqlərinin qurudan Baltikyanı ölkələrə gedən yolunu kəsmək üçün Rusiyanın Suvalki dəhlizini tez bir zamanda ələ keçirməsi vacib olardı.

Məlum olduğu kimi, Litva və Polşa tərəfindən dəhlizin təhlükəsizliyi ilə bağlı narahatlıqlar genişmiqyaslı işğaldan xeyli əvvəl səslənmişdi.

Məsələn, hələ 2019-cu ildə ölkələr sərhədin bu hissəsinin mühafizəsini gücləndirmək barədə razılığa gəliblər. İndi Litva və Polşa dəhliz boyunca birgə hərbi təlimlər keçirməyə hazırlaşırlar.

Xatırladaq ki, bu dəhlizin yerləşməsi onu NATO-nun şərq cinahında nəzəri Rusiyanın təcavüzünə qarşı son dərəcə həssas edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə