Rusiyada iri logistika şirkəti müflis elan edilib

Rusiyada iri logistika şirkəti müflis elan edilib

...Moskva Arbitraj Məhkəməsi 2023-cü ilin aprelində verdiyi öz ərizəsi əsasında böyük PickPoint onlayn sifariş çatdırılması xidmətinin sahibini müflis elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

İddia yükü 138 milyon rubldan çox olan şirkətə qarşı müflisləşmə proseduru başlanıb. Daha əvvəl bildirilmişdi ki, logistika xidməti hüquqi və fiziki şəxslərdən yeni yüklərin qəbulunu aprelin 4-də, iflas iddiası qaldırmazdan iki həftə əvvəl dayandırıb və bunu mülkiyyətçinin maddi çətinlikləri səbəbindən edib.

Bildirilib ki, şirkət dövriyyənin azalması ilə əlaqədar çətinliklər yaşayır ki, bu da Qərb pərakəndə satış şirkətlərinin ölkəni tərk etməsi və xarici investorların maliyyə imkanlarını itirməsidir.

“Kommersant” yazır ki, PickPoint özünü götürmə şəbəkəsi Rusiyanın 657 məntəqəsində 6 min bağlama terminalı və 4,5 min sifariş qəbul etmə məntəqəsindən ibarət olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə