Ukrayna prezidenti Vladimir Zelenski hökumətə Rusiyada yaşayan ukraynalıların milli kimliyini qorumaq üçün fəaliyyət planı hazırlayıb Milli Təhlükəsizlik Şurasına təqdim etməyi tapşırıb.
SİA-nın əldə etdiyi məlumata görə, fərman onun rəsmi saytında dərc olunub.
“Rusiya Federasiyasının tarixən ukraynalıların məskunlaşdığı əraziləri haqqında” adlı sənəddə Rusiyada ukraynalıların tarixi yaddaşının bərpası və qorunub saxlanılmasının zəruriliyi qeyd olunur.
Sənəddə deyilir ki, Moskva əsrlər boyu milli kimliyi məhv etməyə və ukraynalıları əzməyə yönəlmiş, onların hüquq və azadlıqlarını pozan hərəkətlər edib, eləcə də etməkdə davam edir.
Mətndə Rusiyanın bəzi bölgələri tarixən ukraynalıların yaşadığı adlanır. Xüsusilə, söhbət Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərindən gedir. Bununla belə, sənəddə Ukrayna əhalisinin tarixən əhəmiyyətli faizinin olduğu Sibir və Uzaq Şərq regionları qeyd olunmur.
Zelenski həmçinin Ukraynanın tarixi və ukraynalıların məskunlaşdığı torpaqlar haqqında məlumatların dünyaya yayılmasını, Ukraynanın tədris materiallarına etnik ukraynalıların və Rusiyadakı əsarətə alınmış xalqların əsl tarixinin daxil edilməsini əmr edib. Bundan əlavə, o, ukraynalılarla kölə adlandırılan xalqlar arasında əlaqələri genişləndirməyi əmr edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB