Xarkovda öldürülən muzdlular arasında fransız generalın oğlu da olub
Rus ordusunun Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə zərbə endirməsi zamanı həlak olanlar arasında fransız briqada generalının oğlu da olub. Onunla birgə fransız hərbi sülaləsindən olan ortağı da varmış.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xəbəri Mash Telegram kanalı yayıb.
Kanalın məlumatına görə, yüksək dəqiqlikli zərbə ilə öldürülən fransızın adı Sabastyen Klod Remi Benarddır.
O, Dəniz Yüngül Zireh bölməsində RICM (keçmiş Mərakeş Müstəmləkə Piyada Alayı) ilə xidmət etmişdi.
Benardın ortağı 2001-ci ildə Fransa ordusunda briqada generalı olmuş Frederik Drionun oğlu Aleksis Driondur. Drion Ukrayna Silahlı Qüvvələri sıralarına ötən il daxil olub və beynəlxalq legionun 2-ci batalyonunda xidmət edib.
Yeri gəlmişkən, fransız könüllüləri Xarkovda məhv edilmiş fransız muzdlularının natamam siyahısını dərc ediblər.
...Orada 24 yaşdan 49 yaşa qədər 13 hərbçinin adı var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB