Ermənistanda, hava limanında fərari tutulub

Ermənistanda, hava limanında fərari tutulub

Təxminən 3 ay əvvəl fərarilik edən hərbçi Ermənistanda tutulub. Həmin şəxs İrəvan hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçib.

SİA-nın əldə etdiyi məlumata görə, erməni fərari qanundan yayına bilməyib.

Qeyd edək ki, hadisənin təfərrüatları barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat məlumatı Sisian polisinə çatdırılıb. Bunun əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları yanvarın 20-də 33 yaşlı fərarini ələ keçiriblər.

Həmin şəxs Yerevan Zvartnots hava limanında yaxalanıb. Nazirlik hərbçinin axtarışda olmasına aydınlıq gətirib.

Deyilənlərə görə, o, ötən il oktyabrın 31-dən siyahıya salınıb.

Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 525-ci, “vəzifə yerini icazəsiz tərk etmə” maddəsi ilə həbs edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə