Çində baş verən sürüşmədə 18 ev torpaq altında qalıb, 47 nəfər isə itkin düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı iki nəfərin cəsədi tapılıb. Yunnan əyalətinin Lianşuy kəndində torpaq sürüşməsi bazar ertəsi səhər saatlarında baş verib. Şaxtalı soyuq və qar yağışı altında baş verən sürüşmə 18 evi içindəki əşyalarla birlikdə “udub”.
Xilasetmə qrupları kənddə yaşayan 500-dən çox insanı təxliyə edərək məktəb və xəstəxana kimi dövlət müəssisələrinə yerləşdirib.
Qeyd edək ki, keçən il Çində baş verən təbii fəlakətlərdə 691 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB