Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman Çinin durğunluq dövrünə qədəm qoyduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” məlumat yayıb.
İqtisadçının sözlərinə görə, Çin Yaponiya ssenarisi üzrə deflyasiya yaşayır. Kruqmana görə, vəziyyəti çətinləşdirən gənclər arasında işsizliyin yüksək səviyyədə olmasıdır. Bütün bunlar, Kruqmanın fikrincə, “durğunluq və məyusluq” dövrünün başlanğıcından xəbər verir.
Amerikalı iqtisadçı hesab edir ki, bu vəziyyətin yaranmasına səbəb şəxsi təşəbbüsün boğulması, əmanətlərin aşağı faiz dərəcələri və imtiyazlı borcalanlara ucuz kreditlərin verilməsidir.
İqtisadçının sözlərinə görə, sosial müdafiə sisteminin qeyri-kafi səviyyədə olması da vəziyyəti daha da pisləşdirir.
İqtisadçının fikrincə, bu vəziyyətdən çıxmaq üçün Çin, gəlirin böyük bir hissəsini ev təsərrüfatlarına yönəltməli, həmçinin sosial müdafiə sistemini gücləndirməlidir ki, bu da investisiya xərclərini azalda bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB