"Ağ Evə girməzdən əvvəl Ukraynadakı müharibəni bitirəcəm..."

"Ağ Evə girməzdən əvvəl Ukraynadakı müharibəni bitirəcəm..."

...Eşitmiş olarsınız, “qalmaqallı” keçmiş ABŞ prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, andiçmə mərasimindən əvvəl Ukraynadakı müharibəni dayandıracağına söz verib.

Trampın Nyu-Hempşirdə tərəfdarları ilə görüşlərində dediyi kimi, Tramp rəsmi olaraq Oval Ofisə girməzdən əvvəl müharibəni bitirəcəyini vəd edir.

...Oval kabinetə girməzdən əvvəl və prezident seçkilərində qalib gələndən bir müddət sonra mən Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll edəcəyəm.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp, mən bunu həll edəcəm deyir: “...Mən Putini tanıyıram, Zelenskini də yaxşı tanıyıram. Biz bunu həll edəcəyik, həll etmək lazımdır. Bu qan hələ də tökülür. Amma biz qətiyyətlə sülhü bərpa edəcəyik”.

Maraqlıdır ki, Trampın sözlərinə görə, Avropa Ukraynaya xərcləri ABŞ-la bərabər artırmalı olacaq, lakin indi bunlar müqayisə olunmazdır.

O, Ukraynaya ABŞ-dan 10 dəfə az pul verən Avropanı qınayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə