Arktikada soyuqlar səbəbindən 90 nəfər ölüb

Arktikada soyuqlar səbəbindən 90 nəfər ölüb

ABŞ-də son bir həftə ərzində Arktikada soyuqlar səbəbindən 90 nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Tennessi ştatında 25, Oreqonda isə azı 16 nəfərin öldüyü təsdiqlənib.

Həmçinin İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu Cersi ştatlarında ölüm halları qeydə alınıb.

“Associated Press“ agentliyinin yanvarın 17-də verdiyi məlumata görə, ABŞ-nin mərkəzi ərazilərində temperatur mənfi 34,4 dərəcəyə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə