Donetskdə bazarda 25 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən hwcum “Rusiyanın mülki əhalisinə qarşı vəhşi terror aktıdır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, atışma Avdeevkadan Ukrayna hərbçiləri tərəfindən Qərb tərəfindən təchiz edilmiş silahlardan istifadə edilməklə həyata keçirilib.
Rusiya təhlükəsizlik qüvvələri artıq baş verənləri araşdırır, Rusiya Xarici İşlər Nazirliyi bu və digər terror aktlarında iştirak edənlərin hamısının qaçılmaz cəzaya məruz qalacaqlarını bildirib.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Teleqram kanalında bildirib ki, Moskva Donetskə hücumla bağlı təşkilatın Təhlükəsizlik Şurasının 22 yanvarda təcili iclasının keçirilməsini də xahiş edib.
O, bütün məsul hökumətləri və müvafiq beynəlxalq strukturları hücumu qətiyyətlə pisləməyə çağırıb.
...Bir daha xatırladaq ki, bu gün Ukrayna Silahlı Qüvvələri Donetskin Kirovski rayonunun Tekstilşçiki mikrorayonunda bazara hücum edib.
Hələ ki, 25 nəfərin həlak olduğu, daha 20 nəfərin isə yaralandığını bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB