Budanov ruslar üçün yeni sürprizlər olacağını deyir...

Budanov ruslar üçün yeni sürprizlər olacağını deyir...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyada kritik hədəflərə edilən son hücumları şərh edib və yaxın gələcəkdə hər hansı kəskin dəyişikliyin gözlənilmədiyini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Financial Times”-a müsahibəsində bildirib.

...Yaxın gələcəkdə ciddi dəyişikliklər gözləmirik. Etdiyimiz hər şeyi gələcəkdə də davam etdirəcəyik...

Nəşrin yazdığına görə, “həyasız taktika” bəzən Ukraynanın Qərb tərəfdarlarını qıcıqlandırır, çünki bəziləri bunun Rusiya prezidenti Vladimir Putinin sərt və bəlkə də nüvə reaksiyasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Nəşrin yazdığına görə, kəşfiyyat rəhbəri Kirill Budanov bu cür narahatlıqlardan təsirlənmir və Putinin döyüş maşınına təxribat etmək üçün Rusiyanın dərinliklərində fəaliyyətini davam etdirəcəyini vəd edir.

Qeyd edilir ki, cəbhədəki mövcud vəziyyətə qiymət verməkdən yayınan Baş Kəşfiyyat İdarəsinin rəisi bu məsələ ilə bağlı Baş Qərargaha müraciət etməyi təklif edib.

...Ümid edirəm ki, bizim uğurlarımız onlardan daha çox olacaq, deyən Budanov, Rusiyanın gücü ilə bağlı bütün əfsanəni sabun köpüyü ilə eyniləşdirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə