2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb. SİA xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani məlumat verib.
"Oktyabrın 7-dən sonra biz İsrailə daha silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur" dedi.
Qeyd olunur ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB