...Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Ermak Ukraynanın Rusiya ilə müharibədə strateji müdafiəyə keçməsi ideyasını rədd edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Fransanın “Le Figaro” nəşrinə müsahibəsində bildirib.
Ermakın sözlərinə görə, Ukrayna müdafiə müstəvisində müharibə apara bilməz, çünki bu, münaqişənin dondurulmasına gətirib çıxara bilər.
Ermak, Ukraynanın Putinlə dondurulmuş münaqişəyə heç vaxt razı olmayacağını bildirib.
Qeyd edək ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib. Zelenskiyə görə, “dondurulma” rusların yenidən qruplaşmasına, nizamlanmasına imkan verə bilər.
...Yeri gəlmişkən, Ermak, bu gün cəbhədəki hazırkı vəziyyətin ağır olduğunu da etiraf edib.
Onun sözlərinə görə, hazırda Ukrayna hərbçilərinin kifayət qədər insan və resursları yoxdur deyə, onlar artıq irəliləyə bilməyəcəklərindən şikayətlənirlər.
2023-cü ilin yayında Ukraynanın hücumu yalnız məhdud uğur qazandı və son həftələr cəbhədə irəliləyişlər də kiçik olsa da, əsasən rus qoşunları tərəfindən idarə olundu.
Ermakın sözlərinə görə, Ukrayna hazırda “keçid dövrü”ndədir – yeni səfərbərlik haqqında qanun layihəsi, eləcə də yeni hərbi strategiya müzakirə olunur.
...Ukrayna rəhbərliyi Qərb ölkələrini Kiyevə dəstəyini, xüsusən də silah təchizatı ilə gücləndirməyə çağırır. Kiyev hələ də təkid edir ki, qoşunlar hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahlar da daxil olmaqla, lazımi avadanlıqla təchiz edilərsə, Rusiyanı məğlub edə bilərlər.
...Yeri gəlmişkən, bu arada maraqlı bir nüansla “NBC News” telekanalı çıxış edib.
Belə ki, kanalın bəyan etdiyinə görə, əgər ABŞ-dan Ukraynaya mümkün yardım olmasa, bu halda Vaşinqtonun Cənubi Koreya və Yaponiya kimi müttəfiqləri ilə münasibətlərinə xələl gələcək və ümumiyyətlə ABŞ-ın dünyadakı mövqeyi zəifləyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB