Cənubi Koreya serialına baxan gənclərə...12 il iş verildi

Cənubi Koreya serialına baxan gənclərə...12 il iş verildi

...BBC Şimalı Koreyada iki yeniyetmənin Cənubi Koreya serialına baxdıqlarına görə 12 il ağır işlərə məhkum edildiyi videonu dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, videonu BBC-yə Şimali Koreyadan qaçanlarla işləyən Cənub-Şimal İnkişaf Araşdırma İnstitutu yayıb.

...Qeydin 2022-ci ildə aparıldığı güman edilir.

Videoda məktəblilərlə dolu stadionda boz kombinezonlu iki yeniyetmənin əllərinin qandallandığı görünür. Bildirilir ki, video Şimalı Koreyada ideoloji maarifləndirmə və vətəndaşları “dağıdıcı yazılara” baxmaqdan çəkindirmək məqsədi ilə yayılıb.

Kukla rejimin çürüyən mədəniyyəti hətta yeniyetmələrə də sirayət edib. Onların cəmi 16 yaşı var, lakin onlar artıq gələcəklərini məhv ediblər.

BBC qeyd edir ki, Şimali Koreya fotoşəkillərin, videoların və ölkədəki həyatın digər sübutlarının xarici dünyaya ötürülməsini qadağan edir, buna görə də belə sızmalara nadir hallarda rast gəlinir.

Xatırladaq ki, 2020-ci ildə Pxenyan Cənubi Koreya proqramlarına baxmaq, saxlamaq və ya yaymaq üçün cəzaları, o cümlədən ölüm cəzasını artırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə