İsrailin Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsinə hava hücumu təşkil etdiyi irəli sürüldü.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Suriyanın SANA xəbər agentliyinin yaydığı məlumatda İsrailin Mezze bölgəsində mülki yaşayış məntəqəsini hədəf aldığı iddia edilib.
Rejimə yaxınlığı ilə bilinən Dəməşq FM-in yaydığı xəbərdə vurulan binanın İslami Cihad Hərəkatı ilə heç bir əlaqəsinin olmadığı və Hərəkatın baş katibinin səhhətinin yaxşı olduğu bildirilib.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB