Niyə Ufada ruslar “Rusiya ruslar üçündür” sözləri ilə dolaşır, amma...
Başqırdıstanın paytaxtı Ufada yanvarın 19-da məhkum olunmuş fəal Fail Alsınova dəstək məqsədilə təkrar etiraz aksiyası keçirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məşhur başqırd müğənnisi Altynay Valitov Alsınovu dəstəkləyib. “Kanal 24” xəbər verir ki, o, emosional video mesajənə da yayıb.
Valitov vurğulayıb ki, məhkum Alsınov başqırd dili və başqırd torpaqları uğrunda döyüşmüş milli qəhrəman olub. Məhz onun sayəsində onlar Kuştau dağlarını müdafiə etməyə və kəndlərdə qızıl hasilatını dayandırmağa nail oldular. ...Alsınovu millətçilikdə ittiham edirdilər, lakin bütün problemlərin kökü rus millətçiliyidir.
Qeyd edək ki, bunu Başqırdıstandakı etirazların ruhani liderlərindən biri deyib.
Valitovun sözlərinə görə, bu gün başqırdlar bütün sahələrdə etnik zəmində sıxışdırılır.
...Niyə Ufada ruslar “Rusiya ruslar üçündür” sözləri ilə dolaşır və həbsdə deyillər? Xalqını müdafiə edən başqırd isə öz torpağında həbsdədir. Niyə?!
Yeri gəlmişkən, bunu Valitov göz yaşları içində deyib.
Daha sonra respublikada tanınmış müğənni öz sualını cavablandırıb. Bunun səbəbi başqırdların milli azlıq olmasıdır. Bunu udsalar, min illik tarixi olan xalq yox olacaq. Ona görə də belə olmayacaq...
Rusiya mətbuatı təhlükəsizlik qüvvələrinin Altınay Valitovu artıq nəzarətə götürdükləri barədə yazıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB