Rəcəb Tayyib Ərdoğan Avropadakı türklərə çağırış edib

Rəcəb Tayyib Ərdoğan Avropadakı türklərə çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada irqçilik və İslamofobiyanın artdığı bir dövrdə Avropakı türkləri birgə hərəkət etməyə çağırıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Almaniyada keçirilən Beynəlxalq Demokratlar Birliyi Konqresinin iştirakçılarına videomüraciət göndərib.
Türkiyə Prezidenti deyib: ​​“Avropada islamafobiyanın artdığı bir dövrdə ilkin vəzifəmiz Avropa yaşayan türklərin hüquq və maraqlarını müdafiə etməkdir. Buna nail olmağın yolu Türk qeyri-hökumət təşkilatları ilə birlikdə qanun və qayda çərçivəsində yeni media vasitələrindən də yararlanaraq bu mübarizəni qətiyyətlə aparmaqdır''.
Türkiyə Prezidenti Avropadakı türklərin yaşadıqları ölkələrinin siyasi, sosial, iqtisadi, mədəni və elmi həyatında daha çox iştirak etmələrini gözlədiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə