Qütb soyuqluğunun təsiri altında olan ABŞ-də "Rubi" adlı it donmuş gölə yıxılan 65 yaşlı sahibini dəqiqələr ərzində xilas edib. SİA xəbər verir ki, Rubinin sahibinə kömək etməsi dünya mətbuatında manşetlərə çevrilib.
Yanvarın 18-də Miçiqan ştatının Grand Travers rayonunda baş verən hadisədə polisə donmuş göldəki buzların qopması nəticəsində bir nəfərin gölə düşməsi xəbəri gəlib və onlar hadisə yerinə gələrək xilasetmə əməliyyatına başlayıblar. Polis xilasetmə ipini Rubinin yaxasına bağlayıb və onu qocanın yanına qaytarıb.
Konstebl Bennetts və Rubi bir neçə dəqiqə ərzində adamı təhlükəsiz şəkildə sahilə çıxara bilib. Hadisə ilə bağlı açıqlama verən polis "Adam təcili yardım maşını ilə müalicə olunmaq üçün Munson Tibb Mərkəzinə aparılıb və daha sonra evə buraxılıb. Polis məmuru Bennettsin çevik hərəkətləri və Rubinin köməyi ilə müvəffəqiyyətli bir əməliyyat keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB