...Avropa İttifaqı ölkələrinin qanunvericilərindən ibarət nümayəndə heyəti ABŞ-ı Kiyevə 60 milyard dollar ayırmaqla Rusiya ilə silahlı qarşıdurmada Ukraynaya kömək etməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Hill” qəzeti yazır.
Böyük Britaniya, Fransa, Litva, İspaniya, Çexiya və Kanada parlamentlərinin üzvlərindən ibarət nümayəndə heyəti amerikalı konqresmenlərin diqqətini ona yönəldib ki, ABŞ Ukrayna ilə bağlı Avropaya kömək etməsə, o zaman Avropa İttifaqı çətin ki, bacara bilsin.
...Vaşinqton oyanmalıdır!
Qeyd edək ki, Litva parlamentindəki Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis deyib bunu.
...Bundan əvvəl daxili bazar və müdafiə sənayesi üzrə Avropa komissarı Thierry Breton 2024-cü ilin yazına qədər Ukraynaya 1 milyon mərmi çatdırılacağını açıqlamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB