Baltikyanı ölkələrin müdafiə nazirləri cümə günü keçirilən görüşdə Rusiyanın mümkün təcavüzünə qarşı çıxmaq üçün şərq sərhədlərində müdafiə zonalarının yaradılması barədə razılığa gəliblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Estoniya sərhəd boyu 600-ə yaxın möhkəmləndirilmiş bunker tikəcək. Litva və Latviya da qoruyucu strukturlar tikəcək.
Estoniya Müdafiə Nazirliyinin müşaviri Kaido Tiitusun sözlərinə görə, bunkerlər xətti Leninqrad vilayəti ilə həmsərhəd olan İda-Viru dairəsi boyunca, Estoniyanın cənub-şərqində isə Pskov vilayəti ilə sərhəddə keçəcək.
152 mm çaplı mərminin birbaşa zərbəsinə tab gətirə biləcək hər bir bunkerdə 10-a qədər hərbi qulluqçu yerləşəcək.
Qeyd edək ki, bunker tikintisinin təxminən 60 milyon avroya başa gələcəyi gözlənilir.
Onu da qeyd edək ki, Litva və Latviya da müdafiə təşəbbüsünə qoşulacaq. Yanvarın 18-19-da Riqada keçirilən görüşdə Baltikyanı ölkələr həm milli təhlükəsizlik məsələlərini, həm də NATO çərçivəsində fəaliyyətlərini müzakirə ediblər.
...NATO üçün bu üç ölkə vahid “Baltikyanı müdafiə zonasını” təmsil edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB