"Putin geri dönüşü olmayan nöqtəni keçib..."

"Putin geri dönüşü olmayan nöqtəni keçib..."

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı etdiklərindən sonra artıq beynəlxalq siyasətdə mövqeyini bərpa edə bilməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun dediyinə görə, Putin geri dönüşü olmayan nöqtəni keçib. O, artıq hərbi cinayətlərdə ittiham olunur.

Sikorskinin fikrincə, belə müstəmləkə müharibələri onları başlayanlar deyil, digər komandalar tərəfindən dayandırılır. ...Faciədir ki, dünyanın ən böyük ölkəsi daha çox yad torpaqları ələ keçirmədən dinc yaşaya bilmir. Halbuki, onların kifayət qədər öz əraziləri var.

Deyilənlərə görə, nazir bunu istehza ilə bildirib.

...Sikorski etiraf edib ki, o, əvvəllər Rusiya ilə münasibətləri normallaşdırmağa çalışıb, lakin bunu yalnız ruslar qonşu dövlətə təcavüz etməkdən çəkinən ana qədər edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə