Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə etmək olar...

Rusiyanın dondurulmuş aktivlərindən necə istifadə etmək olar...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba əmindir ki, Rusiya Federasiyasının dondurulmuş aktivləri Ukraynada silah almaq və silah zavodları qurmaq üçün istifadə oluna bilər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin rəhbəri informasiya marafonunun efirində öz təklifinə də ortaya qoyub.

Onun təklifinə görə, məktəblər, xəstəxanalar, yollar, körpülər, infrastruktur - bütün bunları Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə bərpa etmək olar.

Bundan əlavə, ukraynalı nazir həmən vəsait hesabına Ukrayna üçün çoxlu silahlar alınmasını və hətta ölkədə silah zavodları tikməyi də təklif edir.

...Bu gün Davosda hiss etdim ki, qərar qaçılmazdır. İndi vəzifə bu qərarı sürətləndirmək və mümkün olan ən böyük məbləği əhatə edəcək şəkildə qəbul etmək olacaq.

Bunu deyən XİN rəhbərinin sözlərinə görə, bu gün Dünya İqtisadi Forumu çərçivəsində Rusiyanın dondurulmuş aktivləri üzərində fəal iş aparılıb. O xatırladıb ki, söhbət təxminən 330 milyard dollarlıq məbləğdən gedir.

...Bunlar Ukraynanın layiq olduğu çılğın nəhəng vəsaitlərdir. Ukrayna isə artıq hərtərəfli qərarın qəbul edilməsi zərurəti barədə yüksək səslə danışmağa başlayıb ki, biz bu pulları ordumuzun ehtiyacları və yenidənqurma ehtiyaclarımız üçün istifadə edə bilərik.

Bunu da Kuleba bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə