Litva Xarici İşlər Nazirliyi Ukraynaya min tank tədarük etməyə çağırıb
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə münaqişədə qələbəsi üçün Ukraynaya on qat daha çox yardım lazımdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
Qeyd edək ki, o ilk növbədə Kiyevə silah tədarükünü nəzərdə tutub.
...Ukraynaya qalib gəlmək üçün 40 yox, 400 HIMARS buraxılış qurğusu və 80 yox, min tank lazımdır.
Bunu deyən Landsberqis, əlavə edib ki, Kiyevi lazım olan hər şeylə dəstəkləmək yaxşı olardı.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi Ukrayna Silahlı Qüvvələrinə yardımla bağlı həddindən artıq spekulyasiyaya görə qınayıb və beynəlxalq ictimaiyyəti Kiyevə təchizat məsələsini öz müdafiəsini qorumaqdan üstün tutmağa çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB