Ukraynadakı müharibəyə görə ən azı 2500 alim Rusiyanı tərk edib...
Ukraynada genişmiqyaslı müharibənin başlaması ilə ən azı 2500 alim Rusiyanı tərk edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2012-ci ildən 2021-ci ilə qədər iş yerini Rusiyadan xaricə dəyişən tədqiqatçıların payı 10 faizdə qalıb. 2022-ci ildə xaricə köçən alimlərin payı 30 faizə yüksəlib.
“Novaya Gazeta. Avropa”nın müşahidələrinə görə, ən çox gənc alimlər ölkəni tərk ediblər.
O da qeyd edilir ki, Rusiyadan gedən alimlərin 23 faizini Moskva universitetlərindən gedənlər təşkil edir.
Sankt-Peterburqdakı universitetlər arasında xaricə axınına görə ITMO və Sankt-Peterburq Dövlət Universiteti liderdir.
Ukraynada işğalın başlamasından sonra alimlərin ən populyar miqrasiya istiqamətləri İsrail, Qazaxıstan və Almaniya olub. ABŞ da populyarlıq baxımından zirvədə qalır, lakin 24 fevral 2022-ci ildən sonra oraya köçənlərin payı azalıb.
“Novaya qazeta”ya müsahibə verən elmi sosiologiya sahəsində ekspertin sözlərinə görə, Avropa, Rusiyada elmi işçilərin itkilərinin tam miqyasını yalnız bir neçə ildən sonra qiymətləndirmək olar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB