Qəzza zolağında "Hepatit A" virusu yayılır

Qəzza zolağında "Hepatit A" virusu yayılır

Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə "Hepatit A" virusunun yayıldığı bildirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qəzza zolağının Səhiyyə Nazirliyi münaqişə nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən "Hepatit A" virusunun yayıldığını açıqlayıb.
Nazirlikdən verilən ikinci açıqlamada isə lazımi materialların əldə oluna bilməməsi səbəbindən CBC (tam qan analizi) analizlərinin istənilən vaxt dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları səbəbindən Qəzza zolağında məcburi köçkün vəziyyətinə düşən fələstinlilər çətin şərtlər altında yaşayır.
Səlahiyyətlilər epidemiyaların yayılma təhlükəsi barədə xəbərdarlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə